47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video

47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video

Hazırda oxunan: 47 il sonra yeni dövrün başladığını belə göstərdi - Video

633442

Suriya Prezidenti Əhməd əl-Şaraa Dəməşqin Köhnə Şəhər ərazisində yerləşən restoranda kartla hesabı ödəyərək ölkədə beynəlxalq kart sisteminin yenidən fəaliyyətə başlamasını simvolik şəkildə nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, Suriya televiziyasının yayımladığı görüntülərdə Əhməd əl-Şaraanın restoranda beynəlxalq “Visa” kartından istifadə etdiyi görünür.

Əməliyyatda Suriya Mərkəzi Bankının sədri Səfvat Rəsan da iştirak edib.

“Visa” şirkəti Suriya Mərkəzi Bankı, “Fransabank” və “Paymera” ilə əməkdaşlıq çərçivəsində ölkədə beynəlxalq kart əməliyyatlarının uğurla sınaqdan keçirildiyini açıqlayıb.

Şirkətin məlumatına görə, bu sistem Suriyaya gələn xarici vətəndaşların ödənişlərini asanlaşdıracaq və ölkənin qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasını sürətləndirəcək.

Bu addım ABŞ Maliyyə Nazirliyinin Suriyanı 1979-cu ildən bəri daxil olduğu “terrorizmin dövlət sponsorları” siyahısından çıxarmasından sonra baş verib.

Əhməd əl-Şaraa Dəməşq Beynəlxalq Sərgisinin açılışında çıxışı zamanı sanksiyaların ləğvindən sonra Suriyanın yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Suriya Prezidenti ölkəsinin əvvəlki kimi Şərqlə Qərb arasında ticarət dəhlizi, körpü və regional iqtisadi mərkəz mövqeyini bərpa etməyi hədəflədiyini vurğulayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO