İrandan BƏƏ-yə HÜCUM: dörd qanadlı RAKET atdı

İrandan BƏƏ-yə HÜCUM: dörd qanadlı RAKET atdı

Hazırda oxunan: İrandan BƏƏ-yə HÜCUM: dörd qanadlı RAKET atdı

611141

İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dörd qanadlı raketlə hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Nazirlikdən bildirilib ki, üç raket ölkənin ərazi suları üzərində uğurla ələ keçirilib, daha biri isə dənizə düşüb.
 

Qurum açıqlamasında qeyd edib ki, BƏƏ-nin müxtəlif rayonlarında eşidilən səslər hava hədəflərinin uğurla ələ keçirilməsinin nəticəsidir.


Bundan əvvəl Dubay və qonşu Şarja əmirliyinin sakinləri mobil telefonlarına raket təhlükəsi barədə xəbərdarlıq alıblar.

Bildirişdə sakinlər dərhal yaxınlıqdakı mühafizə olunan binada təhlükəsiz yer tapmağa, pəncərələrdən, qapılardan və açıq sahələrdən uzaq durmağa çağırılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO