Çində tornado: 5 ölü, 33 yaralı var - VİDEO

Çində tornado: 5 ölü, 33 yaralı var - VİDEO

Hazırda oxunan: Çində tornado: 5 ölü, 33 yaralı var - VİDEO

189426

Çinin Quançjou şəhərində tornado səbəbindən azı 5 nəfər həlak olub, 33 nəfər yaralanıb.

Bizim.Media Sinxua agentliyinə istinadla xəbər verir ki, ilkin hesablamalara görə, tornado 140-dan çox fabrik binasına ziyan vurub. Yaşayış binalarının dağılması barədə məlumat verilmir.

Təbii fəlakətin nəticələri ilə mübarizə aparmaq üçün hadisə yerinə axtarış-xilasetmə və qəza-bərpa briqadaları cəlb edilib.

Cəmi bir həftə əvvəl Quançjou və ona bitişik Quandun əyaləti ən azı dörd nəfərin ölümü ilə nəticələnən güclü yağışlara məruz qalıb, 100 mindən çox sakin təxliyə edilib. 25 mindən çox insan müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilib.

Çin Xalq Respublikasının ən vacib iqtisadi mərkəzlərindən biri olan Quançjouda təxminən 18 milyon insan yaşayır.

​​​​​​​

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO