ABŞ İranın hücum təhlükəsinə görə İsraildəki səfirlik əməkdaşlarına QADAĞA QOYDU

ABŞ İranın hücum təhlükəsinə görə İsraildəki səfirlik əməkdaşlarına QADAĞA QOYDU

Hazırda oxunan: ABŞ İranın hücum təhlükəsinə görə İsraildəki səfirlik əməkdaşlarına QADAĞA QOYDU

186788

ABŞ-nin Qüdsdəki səfirliyi bölgədəki mövcud siyasi vəziyyətlə əlaqədar əməkdaşlarına və onların ailələrinə İsrailin böyük şəhərlərindən kənara çıxmağı qadağan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Anadolu Ajansı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, növbəti xəbərdarlıq edilənədək səfirlik əməkdaşlarının Təl-Əviv, Qüds və Beer-Şeva şəhərlərindən kənara çıxması qadağan olunub.

Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücumda ikisi general olmaqla İran İnqilab Keşikçiləri Korpusunun 7 üzvü və 6 Suriya vətəndaşı həyatını itirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO