Ərdoğan: “Bu seçkilər ölkəmiz üçün yeni dövrün başlamasına vəsilə olacaq” - VİDEO

Ərdoğan: “Bu seçkilər ölkəmiz üçün yeni dövrün başlamasına vəsilə olacaq” - VİDEO

Hazırda oxunan: Ərdoğan: “Bu seçkilər ölkəmiz üçün yeni dövrün başlamasına vəsilə olacaq” - VİDEO

185005

“Türkiyədə qısa müddət ərzində ard-arda həm Prezident, həm də yerli özünüidarə orqanlarına seçkilər keçirildi. Təbii ki, qısa vaxt ərzində baş tutan bu iki seçki həm vətəndaşı, həm də bizi yordu. Çünki, böyük bir təşviqat kampaniyası keçirildi. Bu kampaniyanın ardından bu seçkidən dövlətimiz və millətimiz üçün xeyirli nəticələrin çıxacağını düşünürəm”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə səs verdikdən sonra mediaya açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə bələdiyyə seçkiləri başladı


Göstərdiyi sədaqətə görə həm şəxsi, həm də rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Parti) üzvləri adından xalqa təşəkkürünü ifadə edən Türkiyə Prezidenti bu və əvvəlki seçkilərin ölkə üçün yeni dövrün, yeni əsrin başlamasına vəsilə olmasını arzu etdiyini bildirib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO