İmran Xana 3 il  həbs VERİLDİ  – Onu aparan avtomobil karvanı – VİDEO

İmran Xana 3 il  həbs VERİLDİ  – Onu aparan avtomobil karvanı – VİDEO

Hazırda oxunan: İmran Xana 3 il  həbs VERİLDİ  – Onu aparan avtomobil karvanı – VİDEO
149589
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pakistanın keçmiş Baş Naziri və Ədalət Hərəkatı Partiyasının sədri İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Sabiq hökumət başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmənin qərarı ilə o 1209 dollar məbləğində cərimə ödəməlidir.

Qəzetin məlumatına görə, məhkəmə zalına yalnız vəkillər buraxılıb. İclas zamanı məhkəmə binası qarşısında əlavə polis qüvvələri növbətçilik edib.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. 2022-ci ilin aprelində ona etimadsızlıq göstərilib və oktyabr ayında seçkidən kənarlaşdırılıb. Ardınca da beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

9 may 2023-cü ildə İmran Xan polis tərəfindən saxlanılıb. O və həyat yoldaşı Büşra Bibi korrupsiyada və Əl-Qadir Universitetinin yaradılmasında büdcədən 50 milyard Pakistan rupisi (təxminən 175 milyon dollar) mənimsəmək üçün ailə fondu olan "Əl-Qadeer Trust"dan istifadə etməkdə ittiham olunurdular. Mayın 10-da məhkəmənin onu həbs etməsi ölkədə kütləvi etirazlara səbəb olub. Mayın 11-də həbsi qanunsuz elan edilib və keçmiş baş nazir zaminə buraxılıb.



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO