Pakistanın sabiq baş naziri İmran Xana sui-qəsd edilib  

Pakistanın sabiq baş naziri İmran Xana sui-qəsd edilib  

Hazırda oxunan: Pakistanın sabiq baş naziri İmran Xana sui-qəsd edilib  
102704
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pakistanın keçmiş baş naziri İmran Xan siyasi yürüş zamanı avtomobilinə naməlum silahlı şəxsin atəş açması nəticəsində ayağından güllə yarası alıb.  

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın "CBC NEWS" telekanalı məlumat yayıb.  

Telekanalda yayımlanan süjetdə qeyd edilib ki, Xanın Ədalət Hərəkatı Partiyasının vitse-prezidenti Favad Çaudri hücumu “açıq-aşkar sui-qəsd cəhdi” adlandırsa da, zədə onun həyatı üçün təhlükə yaratmayıb.  

Qucranvala şəhərində baş verən hadisədən dərhal sonra keçmiş baş nazir müalicə üçün Lahordakı xəstəxanaya aparılıb.  

Məlumata görə, hücum zamanı Xanın ətrafındaolan, ona yaxın şəxs də yaralanıb. Hücum edən şəxs siyasətçiyə baxmaq üçün toplaşan insanlar tərəfindən tez bir zamanda saxlanılaraq səlahiyyətli orqanlara təhvil verilib.  

Elvira Murad, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO