Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - Video

Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - Video

Hazırda oxunan: Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - Video
648114
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bülbülə gölünün suyu daşaraq ətrafdakı evləri basıb. Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsinin sakinləri gölün yaxınlığında kanalizasiya xəttinin çəkilişi zamanı bəndin yarıldığını iddia edirlər.

Bizim.Media "Xəzər" TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, göldən daşan su evlərin həm zirzəmilərinə, həm də yaşayış sahələrinə dolub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə Bülbülə gölünün sahəsinin torpaqla doldurularaq kiçildilməsi və həmin ərazidə park salınması istiqamətində işlər aparılır. Paralel olaraq kanalizasiya xətləri də çəkilir.

Qurumun məlumatına görə, intensiv yağıntılar nəticəsində göldə suyun səviyyəsi yüksəlib və ətrafdakı həyətləri su basıb.

Hazırda əraziyə əlavə nasoslar quraşdırılır. Yaxın günlərdə həyətlərdəki suyun çəkilməsi və ərazinin təmizlənməsi təmin ediləcək.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO