Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - VİDEO

Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - VİDEO

Hazırda oxunan: Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - VİDEO

639110

Paytaxtın "Yeni Yasamal" yaşayış massivində, Dadaş Bünyadzadə küçəsi, 5 ünvanında yaşıllığın məhv edildiyi ilə bağlı xəbərlər yayılıb. İddia olunur ki, ərazidə qanunsuz hotel tikilir.

Bizim.Media Xəzər TV-yə istinadən bildirir ki, ərazidə yaşayan sakinlər burada uzun müddətdir tikinti getdiyini, ancaq nəyin inşa olunduğunu bilmədiklərini söylədilər.
 

Sakinlər dedilər ki, hasara alınma ağaclara çox yaxın aparıldığından onların bəziləri quruyub.

Özünü mülkiyyətin sahibi kimi təqdim edən Elvira Kəsəmənli bizə rəsmi sənəd təqdim etdi və dedi ki, bura şəxsi evidir, əlində də rəsmi çıxarışı var.

 

Təxminən 400 kvadratmetrə yaxın ərazidə öz şəxsi mülkünü tikdiyini bildirən ev sahibi dedi ki, ərazinin digər hissəsi də qayınanasına məxsusdur. Bildirdi ki, ağacların bəzisinin quruması da təbii prosesdir.

 

Məsələ ilə əlaəqdar Yasamal Rayon İcra Hkaimiyyətindən bildirildi ki, ünvanda tikinti işi aparılmır və heç bir ağac da kəsilməyib.

Daha ətraflı videomaterialı təqdim edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO