Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

Hazırda oxunan: Bir zamanlar hər küçədə rast gəlmək olurdu – Tədricən yoxa çıxır...

612703

Bir zamanlar Bakının hər küncündə görməyə alışdığımız kiçik "Turizm" lövhələri tədricən yoxa çıxır. Beləcə turizm sektoru qlobal sarsıntılar və dəyişən müştəri davranışları qarşısında ciddi transformasiya yaşayır. Məsələn, qonşu ölkələrdə turizm şirkətlərinin kütləvi bağlanması (34%-dən çox) buna əyani sübutdur. Bu tendensiya Azərbaycan bazarı üçün də müəyyən siqnallar verir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, səbəb formaların, yanaşmaların dəyişməsidir:

“Artıq rəqəmsallaşma dövrüdür. Bu gedişlə klassik turizm metodları ilə fəaliyyət göstərən şirkətlər öz fəaliyyətlərini dayandıracaqlar. İnsanlar artıq öz smartfonlarından, kompüterlərindən lazım olan turu seçə, aviabileti əldə edə bilər.

Beləliklə də klassik formadan imtina edilir. Artıq belə bir transformasiya var. Yeniliklər də öz növbəsində klassik turizm şirkətlərinə ehtiyacı azaldır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO