İsmayıllıda tövlədə yanğın: dərhal söndürüb evə keçməsinin qarşısını aldılar - VİDEO

İsmayıllıda tövlədə yanğın: dərhal söndürüb evə keçməsinin qarşısını aldılar - VİDEO

Hazırda oxunan: İsmayıllıda tövlədə yanğın: dərhal söndürüb evə keçməsinin qarşısını aldılar - VİDEO

611998

İsmayıllıda yanğın hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Yuxarıbaş kəndində qeydə alınıb.

Belə ki yanğın kənd sakini Həmzəyev Kamiləyə məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədə baş verib.

İlkin məlumata görə, ümumi sahəsi 84 kvadratmetr olan, iki avtomobil və 17 baş iribuynuzlu heyvan üçün nəzərdə tutulmuş pəyə hissəsində yanğın qeydə alınıb.

Hadisə yerinə dərhal yanğınsöndürmə qüvvələri cəlb olunub və alovun genişlənməsinin qarşısı vaxtında alınıb. Nəticədə yanğın söndürülüb.

Xoşbəxtlikdən yanğın yaşayış evinə keçməyib və evə hər hansı ziyan dəyməyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO