Qusarda sakinlər BU KƏNDİN adının dəyişdirilməsini istədi - FOTO

Qusarda sakinlər BU KƏNDİN adının dəyişdirilməsini istədi - FOTO

Hazırda oxunan: Qusarda sakinlər BU KƏNDİN adının dəyişdirilməsini istədi - FOTO

607525

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar vətəndaş qəbulu rayonun Zuxuloba kəndində keçirilib.

Qusar İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, səyyar qəbul zamanı kənd sakinləri istismara yararsız, köhnə elektrik dirəklərinin dəyişdirilməsi, kəndin əvvəlki adının bərpası və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
 

Vətəndaşların müraciətləri dinləniib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, sakinlərə məsələlərin mahiyyəti izah olunub.


Qeyd edilib  ki, qaldırılan məsələlər araşdırılaraq, mərhələli şəkildə, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Rayonun digər kənd və yaşayış məntəqələrində də vətəndaşların müraciətlərinin yerində dinlənilməsi məqsədilə səyyar qəbulların keçirilməsi mütəmadi xarakter daşıyır.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO