“Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”

“Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”

Hazırda oxunan: “Rusiyada dayımgilin evinə daxil olub hamını döyüblər, mənzili dağıdıblar”
598199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Rostov-na-Donu şəhərində hüquq-mühafizə orqanlarının qüvvələri azərbaycanlı ailələrin yaşadığı mənzillərə basqın edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya aktrisa Ruhiyyə Yusifova məlumat verib.

Onun sözlərinə görə, gecə saatlarında bir qrup hərbi geyimli şəxs dayısı Mərdan Əskərovun yaşadığı evə daxil olub:
 

“Dayımın oğlunu heç bir günahı olmadan döyüblər, şok veriblər. Anasını, onun hamilə xanımını və iki övladını, dayımı tutub aparıblar. Evi dağıdıblar, hər şeyi sındırıblar. Daha sonra dayımın böyük oğlunun evinə giriblər, arvad-uşağı vurublar”.


R.Yusifova əlavə edib ki, polis şöbəsinə aparılan qohumlarının telefonları əllərindən alınıb. Onların əksəriyyəti daha sonra oradan buraxılıb. Lakin dayısını hələ də polis şöbəsində saxlayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO