Azərbaycanda qeyri-adi MEYVƏ: Ağacda çiyələk yetişdi - FOTO

Azərbaycanda qeyri-adi MEYVƏ: Ağacda çiyələk yetişdi - FOTO

Hazırda oxunan: Azərbaycanda qeyri-adi MEYVƏ: Ağacda çiyələk yetişdi - FOTO
578418
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda ağacda çiyələk yetişib. Qeyri-adi meyvəsi ilə seçilən bu ağac Qaxın Qaysarlı kəndində, Kamil Həşimova məxsus təsürrüfatdadır.

Təsərrüfat sahibi Bizim.Media-ya açıqlamasında bildirib ki, bu ağacın tingini 7-8 il əvvəl bir dostundan alıb, digər ağaclardan fərqli hər hansı bir qulluq da göstərməyib.

“Meyvəsi xoşuma gəldi. Ting kimi gətirib basdırdım. 3-cü ilində bar verir. Bu ağacın 7-8 yaşı var”, – deyə Kamil Həşimov qeyd edib.

El arasında “Çiyələk ağacı” kimi tanınsa da, meyvəsi moruğa bənzəyir. Ağac özü də tikanlıdır. Tam yetişən meyvələri nisbətən şirin olur.

K. Həşimov bildirib ki, ağacın meyvəsi yeyilir: “Kompot və mürəbbə də hazırlayırıq. Görənlərin marağına səbəb olur. Düzünə qalsa, əsl adını özüm də bilmirəm. Çiyələk ağacı deyirik”.

Qeyd edək ki, bu meyvə Üçdişli Kudraniyadır. Tut ailəsinə məxsus bu bitki Yaponiya, Çin və Cənubi Koreyada geniş yayılıb.



Azərbaycanda qeyri-adi MEYVƏ: Ağacda çiyələk yetişdi - FOTO - foto 1
Azərbaycanda qeyri-adi MEYVƏ: Ağacda çiyələk yetişdi - FOTO - foto 2
Azərbaycanda qeyri-adi MEYVƏ: Ağacda çiyələk yetişdi - FOTO - foto 3
Azərbaycanda qeyri-adi MEYVƏ: Ağacda çiyələk yetişdi - FOTO - foto 4


Azərbaycanda qeyri-adi MEYVƏ: Ağacda çiyələk yetişdi - FOTO - foto 5


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO