Zaqatalada qəzada yaralananların SON DURUMU - FOTO

Zaqatalada qəzada yaralananların SON DURUMU - FOTO

Hazırda oxunan: Zaqatalada qəzada yaralananların SON DURUMU - FOTO
574854
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gecə Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində marşrut mikroavtobusu ilə “Mercedes Vito” sərnişin nəqliyyat vasitələri toqquşmuş, xeyli insan yaralanmışdı.
 

MÖVZU İLƏ BAĞLI: 

Zaqatalada toydan qayıdanlar qəzaya düşdü - FOTO


Bəs yaralıların son durumu necədir?

Bu barədə Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 9 nəfər (5 kişi, 4 qadın) Xəstəxananın təcili  tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda bir nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 8 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Zaqatala şəhərindən toydan qayıdan zaman baş verib.

Qəza ilə bağlı araşdırma aparılır.

Zaqatalada qəzada yaralananların SON DURUMU - FOTO - foto 1
Zaqatalada qəzada yaralananların SON DURUMU - FOTO - foto 2
Zaqatalada qəzada yaralananların SON DURUMU - FOTO - foto 3
Zaqatalada qəzada yaralananların SON DURUMU - FOTO - foto 4
Zaqatalada qəzada yaralananların SON DURUMU - FOTO - foto 5
Zaqatalada qəzada yaralananların SON DURUMU - FOTO - foto 6

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO