Qızların lezbiyan olmasının 7 ƏSAS SƏBƏBİ – ARAŞDIRMA

Qızların lezbiyan olmasının 7 ƏSAS SƏBƏBİ – ARAŞDIRMA

Hazırda oxunan: Qızların lezbiyan olmasının 7 ƏSAS SƏBƏBİ – ARAŞDIRMA

49880

Uzun illər kişilərdəki homeseksuallıq ciddi psixoloji problem hesab olunub. Sonra problemlər qadınlara da sirayət edib. Belə ki, əvvəllər qadınlar yalnız kişilərlə intim əlaqədə ola bilərdi. 1973-cü ildə Amerikanın Psixiatrik Assosiyasiyası gey olmağı psixoloji xəstəlik kontekstindən çıxarıb və belə adamlara dəstək kampaniyasına start verib. Bu seksual inqilabdan sonra insanlar intim azadlıq əldə edib və lezbiyanlıq da geniş yayılıb. Və belə insanlar cəmiyyətin bir hissəsinə çevriliblər. Azərbaycanda da məşhurlar arasında gey və lezbiyanlar var.

Bizim.Media xəbər verir ki, alimlər qadın homoseksuallığını araşdırarkən bunun müəyyən fizioloji və psixoloji faktorlar nəticəsində yaranması qənaətinə gəliblər. Amma qanda testosteronun çoxluğu da qadında lezbiyanlıq səbəbi ola bilər. 

Bəzi qadınların lezbiyan olmasının 7 əsas səbəbi var:

1. Ailədəki neqativ şərait 

Psixoloji pozuntuların birinci səbəbidir. Valideynlərlə təmasın yoxluğu uşaqlara pis təsir edir. Tədqiqatçıların fikrincə, lezbiyanlıq hər bir qızın şüuraltı yaddaşında gizlənib. Gec-tez həmin qız böyüdükcə seksual orientasiyasını seçəcək. Amma valideyn tərbiyəsi pis olanda bu seçim lezbiyanlıq da olur. Bunu qızların keçid dövründə özünə verdiyi suallara doğru cavab tapıb-tapmaması ilə də izah edirlər. Düzgün cavab tapılamayanda....

2. Emosional güvənsizlik

Uşaqlarını sevməyən valideynlərin övladları ürəkləri yara ilə dolu şəxsiyyətlərə çevrilirlər. Onların yetişməsi ağır keçir. Həssas və özgüvənsiz qızlar digər həmcinslərinin kölgəsində qalır və öz sözünü deyə bilmirlər. Nəticə zəif qadınların əhatə dairəsi formalaşır. Onlar ancaq özləri kimi düşünənlərlə münasibət saxlayırlar. Belə qızlar əks cinsin nümayəndələri ilə heç dost da olmurlar. Nəticədə özlərini əbədi tənhalıq və potensial lezbiyanlığa məhkum edirlər. 

3. Fiziki qüsurlar

Fiziki qüsurlu qızların həyatı çox çətindir. Çünki cəmiyyətdəki gözəl qadınların yanında bu çatışmazlıqlar özünü tez biruzə verir. Qəşəng qadınlar bir qayda olaraq hoteroseksual olurlar. Çünki həmişə kişilərin diqqətilə qarşılaşıblar. Bu isə onların özgüvənini artırır. Nisbətən sadə qızlar isə belə özündən razı xanımlarla əhatələndikləri üçün kompliment və diqqətə həsrətdirlər. Özünə vurğun olan rəfiqələr və tanışlara görə, digər qızların hotero arzuları sönür, oğlanlarla ünsiyyət ümidləri qırılmağa başlayır. Sonra özünü eybəcər saymağa (əslində bu belə deyil) başlayan həmin qızlar ənənəvi əlaqə yox, lezbiyan tələbatlara qoşulurlar. 

4. İfrat maraq

Müasir nəslin həyat devizi belədir: “Həyatda hər şeyin dadına bax”. Nəticədə bəzi qadınlar lezbiyanlığı da sınaqdan keçirirlər. Hətta normal ünsiyyətləri mövcud olan qadınlar da lezbiyan seksə maraq göstərə bilir. 

Bu niyə baş verir?

Kişilərdən fərqli olaraq qadınlar stereotip məxluq deyillər və sərhədləri aşa bilirlər. Lezbiyanlığa da sadəcə təcrübə kimi yanaşanlar var.

5. Lezbiyanlığa anadangəlmə meyil

Elmin və cəmiyyətin əsas səbəbi lezbiyanlığın yanlış tərbiyədən qaynaqlanmasıdır. Sən demə, çox şey hormonlardan asılıdır. Alimlərin fikrincə, biokimyəvi mərhələdə hotero və homoseksual qadınlar arasında böyük fərq var. Lezbiyanların endokrin sistemi yetərincə estrogen hazırlamır və onların qanı testosteronla doludur. Belə qadınlarda daha çox kişi xüsusiyyətləri olur. Kişilərlə sevişmək onlar üçün çətindir. 

6. Kişilərə nifrət

Kişi və qadın münasibətləri sevgi və sevinclə yanaşı, inciklik, göz yaşı, kinlə də zəngindir. Bəzən ayrıldığı, yaxud onu küsdürən kişidən qisas almaq üçün, kişilərə nifrət yarandığı üçün qadınlar lezbiyanlığa keçir. Bu, daha çox zorlanan qadınlarda müşahidə olunur. Amma valideyn, xüsusən atadan da asılı səbəblər var. Əgər ailə başçısı dəyyus, alçaq insandırsa, onun qız övladlarında kişilərə nifrət yaranar. Bunun isə axırıncı dayanacaqlarından biri də lezbiyanlıqdır.

7. Qadınlar bir-birini daha yaxşı anlayır

Qadınlar və kişilərin qarşılıqlı anlayışa nail olması müşküldür. Çünki onlar fərqli dünyagörüş sahibləridir. Qadınların seksual tələbatı ödənməyəndə onlar lezbiyanlığa maraq göstərə bilərlər. Çünki həyat yoldaşını düzgün seçməyən xanımlar lezbiyanlığı təsəlli yeri kimi bilir. Burada söhbət həm intim, həm də dərdləşmək bağlılıqlarından gedir. 

Sonda xatırladaq ki, bəzi Qərb qüvvələri tərəfindən LGBT ideyalarının yayılması hazırda da COVİD-19 ştamları qədər sürətlidir. Demoqrafiya siyasəti tərəfdarları – insan sayının artmasını istəməyənlər bunu ötən əsrin son 30 illiyindən başlayıblar. Yoxsa yuxarıda qeyd etdiyimiz kimi, 1973-cü ildə ABŞ-ın Psixiatrik Assosiyasiyası homoseksuallığı psixoloji xəstəlik siyahısından çıxartmazdı.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO