İntim məlumatlarla ŞANTAJA məruz qalanlar nə etməlidir? – Hüquqi və psixoloji CAVAB 

Hazırda oxunan: İntim məlumatlarla ŞANTAJA məruz qalanlar nə etməlidir? – Hüquqi və psixoloji CAVAB 

47663

Günümüzdə vətəndaşların şantaj yolu ilə qorxudulması, həmçinin bu səbəblə törədilən cinayətlərə tez-tez rast gəlinir. Bu daha çox intim görüntülərin, şəxsi məlumatların müxtəlif yerlərdə yayılması halı ilə müşahidə olunur. Şantaj olunan şəxslər çox zaman nə etməli olduqlarını, hüquqlarını bilmirlər. 

Bizim.Media-ya açıqlamasında hüquqşünas Əlövsət Allahverdiyev bu tip hadisələrdə zərərçəkənlərin hüquqlarını diqqətə çatdırıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkədə ANONİM böhtançılar yaxalanacaq - CİNAYƏT İŞİ açıla bilər 


“Konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Şantaj edən şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Cinayət məsuliyyətinə həmçinin şəxsə və ya onun yaxınlarına qarşı fiziki zor tətbiq etmək, əmlakı məhv etmək hədəsi ilə pul tələb etmək də səbəb ola bilir”.

Hüquqşünas həmçinin şantaj qurbanı olan şəxslərin hüquqi yardım almalarının vacibliyini vurğulayıb:

“Cinayət məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Buna görə də zərərçəkən şəxslər qorxmadan, çəkinmədən hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”.

Psixoloq Mədinə Rəsul isə şantaj məsələlərindən daha çox yeniyetmələrin zərər gördüyünü qeyd edib:

“Bu gün daha çox yeniyətmə qızlarımız manipulyatorların şantajlarına məruz qalırlar. Çünki şantajçılar istədiklərini daha çox onlardan ala bilir. Ümumiyyətlə manipulyatorlar əvvəlcədən kimə, nəyi, necə etmələrini çox gözəl bilirlər. Şantaja məruz qalan şəxsin ciddi səhvi olmadığı halda belə onu sıxışdırmağı bacararırlar. Nəticədə nə edəcəyini bilməyən zərərçəkənlər manipulyatorun dediklərinə razı olur və onun tələblərini yerinə yetirir. Şantaj edən, manipulyator şəxslər adətən psixopat, sosiopat şəxsiyyət pozğunluğundan əziyyət çəkənlərdə rast gəlinir”. 

Həmçinin psixoloq şantaja məruz qalan şəxslərin bu hallarda etməli olduğu addımları diqqətə çatdırıb:
 

“Şantaj qurbanları əsasən zəif xarakterli, emosional, travmalı və ən əsası sevgi doyumsuzluğundan əziyyət çəkən şəxslər olur. Qarşı tərəfin adi nəvazişindən ona inana bilirlər. Qarşı tərəfin çıxıb getməməsi üçün bütün istəkləri yerinə yetirirlər.


Buna görə də şantaja məruz qalmadan öncə mütləq şəkildə düşünərək qərar vermək lazımdır. Yox deməyi bacarmaq, özünü nəyəsə məcbur etməmək ən düzgün yoldur. Ehtiyaclarımızı özümüz qarşılamalıyıq, qarşı tərəfdən gözləntilərimiz olmamalıdır. Ən əsası trans vəziyyətində olduları üçün mütləq yaxınlarına bunu bildirib kömək istəməlidirlər. Həmçinin şantaj olunan şəxslər hüquqlarının var olduğunu yaddan çıxarmasınlar, manipulyatorun mesajlarını saxlayaraq mühafizə orqanlarına müraciət etsinlər”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO