Bakıda ŞOK: 3 uşaq anası olan qonşusunun boğazını kəsdi

Bakıda ŞOK: 3 uşaq anası olan qonşusunun boğazını kəsdi

Hazırda oxunan: Bakıda ŞOK: 3 uşaq anası olan qonşusunun boğazını kəsdi

33052

Bakıda quldurluq məqsədi ilə qonşu qadını qətlə yetirməkdə təqsirli bilinən Kənan Əhmədovun cinayət işi üzrə istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində, 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan, 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o tutularaq istintaqa cəlb olunub.

Məhkəmə prosesi zamanı Kənan Əhmədov ittiham üzrə özünü tam təqsirli bilib. Sonda məhkəmənin hökmü ilə Kənan Əhmədov 20 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, mərhum Məlikova Kütahi Yenibala qızı 3 uşaq anası olub. (olke.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO