Bəxtiyar Hacıyev açdığı “LƏYAQƏT DAVASI”na gəlmədi 

Bəxtiyar Hacıyev açdığı “LƏYAQƏT DAVASI”na gəlmədi 

Hazırda oxunan: Bəxtiyar Hacıyev açdığı “LƏYAQƏT DAVASI”na gəlmədi 

27104

Siyasi aktivist Bəxtiyar Hacıyev Ramin Hacılıya qarşı qaldırdığı məhkəməyə gəlməyib.

Bu barədə Bizim.Media-ya ittiham olunan tərəf, Ramin Hacılı özü bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

7 il sonra Bəxtiyar Hacıyevlə Ramin Hacılı arasında LƏYAQƏT DAVASI 


Söhbət zamanı o, qeyd edib ki, Bəxtiyar Hacıyevin təkidi ilə hazırlıq iclasında iştirak etmək üçün iyulun 1-də Füzuli Rayon Məhkəməsinə gedib. Lakin siyasi aktivist özü məhkəmədə görünməyib. Proses 1 saata yaxın müddətə təxirə salınıb.

Məhkəmə məmurlarına açıqlamasında B.Hacıyev bildirib ki, bu dəfə deyil, gələn iclasda məhkəməyə gələcək. 

“Hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən məhkəməyə vəkilimlə birlikdə iştirak etdim. Çünki düşünürdüm ki, qarşı tərəf prosesə ciddi yanaşacaq. Bəxtiyar mənə qarşı ən yüksək cəza-həbs olunmağımı tələb edir. Onun məhkəmə prosesinə gəlməməsinə etiraz etmədim və növbəti məhkəmə istintaqının keçirilməsini tərəfdarı oldum. Bildirdim ki, bu məsələdə mən haqlıyam. Vəkilim cənab Hacıyevin təqdim etdiyi bütün sənədlərə baxdı və bir daha əmin olduq ki, mənim ona qarşı işlətdiyim ifadələrdə heç bir cinayət tərkibi yoxdur. Bundan başqa onun bu müddət ərzində şəxsi fəaliyyəti də onu göstərdi ki, mən sonuna qədər haqlıyam”.

R.Hacılı 2013-cü ildə Bəxtiyar Hacıyeva qarşı işlətdiyi və məhkəmə predmeti olan ifadələrindən də söz açıb. O, bildirib ki, siyasi aktivist iddia edir ki, ona qarşı pedofil ifadəsi işlədilib.

“Ancaq əslində bu belə olmayıb. Mən onun 14- 15-16 yaşlı qızlarla olan mesajlarını paylaşıb sadəcə ona sual vermişəm ki, “Sən pedofilsən?”. Zamanla bu mesajlardan bir çoxu üzə çıxdı və məni haqlı çıxardı. Bəxtiyar Hacıyev özünü məhkəməyə versə daha yaxşı olar. Bəxtiyar düşünür ki, məni məhkəməyə verməklə bu 7 ildə həyatında baş verən kəsrləri aradan qaldıracaq, ancaq bu mümkün deyil. Bundan başqa o, iddia edir ki, ona “Nurçu” olduğunu demişəm. Mən sadəcə yazılarımda bidirmişəm ki, Bəxtiyar özünü nurçu kimi aparır. O zamanında çalışırdı ki, onların dəstəyini alsın, alırdı da. İndi də o, buna çalışır”.

Ramin Hacılı qeyd edib ki, növbəti məhkəmə prosesi iyulun 8-də 14.30-da Füzuli Rayon Məhkəməsində keçiriləcək. 

“Hakim də təəccübləndi ki, niyə Bəxtiyar Hacıyevin şərəf-ləyaqəti 7 ildən sonra yadına düşüb”.
Hazırki situasiyaya görə, Hacıyeva  qarşı heç bir iddia qadırmayacağını bildirən R.Hacılı həmçinin qeyd edib ki, siyasi fəalın ona atdığı şər-böhtan hələ də davam edir.

“Mən Bəxtiyarın mənə qarşı belə qərəzli mövqe nümayiş etdirməsinə səbəb kimi paxıllıq və nifrəti görürəm. Məhkmənin ədalətinə inanıram və obyektiv qərarın veriləcəyinə ümid edirəm”.

Vüsalə Balayeva, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO