28 nəfəri aldadan şirkət direktorundan XƏBƏR VAR

28 nəfəri aldadan şirkət direktorundan XƏBƏR VAR

Hazırda oxunan: 28 nəfəri aldadan şirkət direktorundan XƏBƏR VAR
269531
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"AZ İNTEKST” MMC-nin direktoru Ruhəddin Cabbarov, işçiləri Sənan Quliyev və Telman Fətəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər veri ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərar əsasən, təqsirləndirilən Ruhəddin Cabbarovun cəzası 2 ilə, Telman Fətəliyevin 6 ilə, Sənan Quliyevin cəzası isə 7 il 4 aya endirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ruhəddin Cabbarov 3 il, Telman Fətəliyev 6 il 6 ay, Sənan Quliyev 8 il müddətə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşları evlərini təmir etmək adı ilə aldadıb, onların külli miqdarda pullarını ələ keçirməkdə ittiham olunurlar.

Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib. Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO