“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar

“Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar

Hazırda oxunan: “Bu pulu vermək bizi yandırır” - Şərurlu İsfəndiyar
266461
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, “Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun bahalı avtomobilləri üzərinə həbs qoyulub. İcra məmuru iş adamının 482.000 ABŞ dolları borcunun olması ilə bağlı belə qərar qəbul edib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, İsfəndiyar Axundov icra məmurumun qərarı ilə razılaşmır.

Bu barədə açıqlama yayan Axundov hesab edir ki, həbs qoyulan 9 avtomobilin qiyməti borcundan qat-qat çoxdur:

“Hər şeyimizə həbs qoyublar. Min nəfər işçimiz var, ayda bir milyon manat da vergi veririk. O borcu mən ödəyərəm. Bizim üçün çətin deyil, 1-2 illik pulumuzu yığıb verərik. Amma bunu vermək bizi yandırır, göynədir. Bizə qarşı heç bir sənəd yoxdur. Əgər dediklərimdə bir kəlmə yalan varsa, mənə ən ağır cəza verilsin. Bir daha deyirəm, lazımdırsa, o pulu ödəyərəm. Ancaq xahiş edirəm, bu məsələ araşdırılsın”.
 

Qeyd edək ki, məhkəmə “Şərur” MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı ləğv edib. Apellyasiya instansiyası qərarı təsdiq edənə kimi avtomobillərin üzərindəki həbs qüvvədə qalacaq. 


“Şərur” MTK-ya məxsus sözügedən avtomobillər aşağıdakılardır:

- “Lx 600” MİNİK markalı, “AA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Lamborghini” markalı “YA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Toyota Hilux minik” markalı, “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;

- “Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy” markalı, "JN” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Rio minik” markalı, “PF” və "PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,

- “Kia Carnival” markalı, "AT” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO