Qəbiristanlıqda qətl törədən yeniyetməyə HÖKM OXUNDU

Qəbiristanlıqda qətl törədən yeniyetməyə HÖKM OXUNDU

Hazırda oxunan: Qəbiristanlıqda qətl törədən yeniyetməyə HÖKM OXUNDU
255945
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda həmyaşıdını qətlə yetirməkdə təqsirləndirilən Y.M.nin cinayət işi üzrə məhkəmənin yekun keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Y.M. 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 2-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində məktəbin yaxınlığındakı qəbiristanlıqda baş verib. Yetkinlik yaşına çatmayan H.Q-nin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan Y.M-in aralarında yaranmış mübahisə zamanı bıçaqla H.Q-in bud nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO