Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU

Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNDU
246933
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaradağ rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Əliəkbər Səmədlinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Əliəkbər Səmədlinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən və vəkilinin çıxışından sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əliəkbər Səmədli 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qaradağ rayon prokurorluğunun yaydığı məlumata görə, ötən il oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO