Çində Prezidentə barəsində danışılan gənc harada doğulub? - ÖZƏL/FOTO

Çində Prezidentə barəsində danışılan gənc harada doğulub? - ÖZƏL/FOTO

Hazırda oxunan: Çində Prezidentə barəsində danışılan gənc harada doğulub? - ÖZƏL/FOTO
246310
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı CGTN (China Global Television Network) kanalına müsahibə zamanı çinli jurnalistin ona bəhs etdiyi 25 yaşlı gənc Tağı Kərim oğlu Məmmədov Quba rayonunda doğulub, orta təhsilini burada alıb.

Bu barədə Tağının bacısı Tamilla Məmmədova Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, 10 sentyabr 2000-ci ildə Quba şəhərində doğulan Tağı Məmmədov 2006-2012-ci illərdə Quba şəhərindəki Zaur Cəfərov 3 saylı orta məktəbdə, 2012-2017-ci illərdə isə Quba şəhərindəki Özəl Türk Liseyində təhsil alıb.

Bacısı Tamilla məlumat verib ki, qardaşı Tağı marketinq üzrə bakalavr təhsilini Bakıda, Xəzər Universitetində alıb. Magistratura təhsilini isə biznesin idarə edilməsi üzrə Çinin Pekin Texnologiya İnstitutunda alıb.

 

"Tağı barədə Prezidentə deyilməsi onlara da sürpriz olub. Tağı həmin jurnalistə həmin kanalda müsahibə verib. Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə zamanı xanım jurnalist Tağını xatırlayıb və ölkə başçımıza qardaşımdan bəhs edib. Biz bu xəbəri çox böyük sevinclə qarşıladıq"- deyə Tamilla Məmmədova vurğulayıb.

 

Qeyd edək ki, Tağı hazırda Çinin Jiangsu Universitetində idarəetmə elmi üzrə doktorantura təhsilini alır. Bu il birinci kursu bitirir.

Xatırladaq ki, Tağı Məmmədovun valideynləri Quba şəhərində yaşayır.

Çində Prezidentə barəsində danışılan gənc harada doğulub? - ÖZƏL/FOTO - foto 1
Çində Prezidentə barəsində danışılan gənc harada doğulub? - ÖZƏL/FOTO - foto 2
Çində Prezidentə barəsində danışılan gənc harada doğulub? - ÖZƏL/FOTO - foto 3
Çində Prezidentə barəsində danışılan gənc harada doğulub? - ÖZƏL/FOTO - foto 4
Çində Prezidentə barəsində danışılan gənc harada doğulub? - ÖZƏL/FOTO - foto 5

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO