8 gündür komadan ayılmayan qazi Bakıya GƏTİRİLDİ 

Hazırda oxunan: 8 gündür komadan ayılmayan qazi Bakıya GƏTİRİLDİ 

24517

İyunun 4-dən komaya düşən II Qarabağ Müharibəsi qazisi Zeynal Şahhüseynovla bağlı xəbər var. Hələ də komadan ayılmayan qazi Bakıya gətirilib.

Bu barədə Bizim.Media-ya qazinin atası Füzuli Şahhüseynov bildirib.

Atanın sözlərinə görə Lənkəran Mərkəzi Xəstəxanasında bir həftədir müalicə alan oğlunu həkimlərin rəyi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər.

“Səhhətində dəyişiklik yoxdur. Həkimlər durumunun hələ də kritik olduğunu bildirirlər. Oğlumun ayağa qalxması üçün mücadilə gedir. Siz də sağ olun ki, maraqlanırsız və diqqətdə saxlayırsız. Dua edən hər kəsə minnətdaram”.  

Qeyd edək ki, Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Zeynal Şahhüseynov oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb və Bakı Şəhər Hərbi Hospitala yerləşdirilib.

Noyabrın 7-də isə hospitaldan təxris olunub. Ondan sonra müalicəsini evdə davam etdirib.

Kəskin baş ağırıları, ayağında keyimə olduğu üçün tez-tez halı pisləşirmiş. Təsadüfən Lənkəranda olanda özündən gedib və ətrafdakıların köməyilə xəstəxanaya yerləşdirilib. 8 gündür komadan ayılmır.

Allah qazimizə şəfa versin.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO