Gürcüstanda azərbaycanlı qız itkin düşdü: Əşyaları Kür çayının yaxınlığında tapıldı - VİDEO

Gürcüstanda azərbaycanlı qız itkin düşdü: Əşyaları Kür çayının yaxınlığında tapıldı - VİDEO

Hazırda oxunan: Gürcüstanda azərbaycanlı qız itkin düşdü: Əşyaları Kür çayının yaxınlığında tapıldı - VİDEO
242939
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanda 21 yaşlı qız itkin düşüb.

Bizim.Media “Baku TV”yə istinadən xəbər verir ki, azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovadan aprel ayının 1-dən məlumat yoxdur.

Onun ailə üzvləri bildiriblər ki, 21 yaşlı Aytac Tbilisi Dövlət Üniversitetinin ikinci kurs tələbəsidir və təhsili ilə əlaqədar paytaxtda yaşayıb.

Aytacla ailəsinin son telefon danışığı isə dostunun doğum gününə getməsi ilə bağlı olub. O, anası ilə danışaraq səhəri gün imtahanının olduğunu və evə qayıdacağını bildirib. Bundan sonra isə ondan xəbər almaq mümkün olmayıb.

Anasının sözlərinə görə, qızının telefonu, çantası və ayaqqabısı Kür çayının yaxınlığında tapılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO