Şabranda bu orta məktəb BAĞLANIR? – Rəsmi AÇIQLAMA

Şabranda bu orta məktəb BAĞLANIR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Şabranda bu orta məktəb BAĞLANIR? – Rəsmi AÇIQLAMA
234093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şabran şəhərindəki Məmmədağa Nəzirov adına 4 saylı məktəbin bağlanma xəbəri valideynlərin narazılığına səbəb olub.

Bizim.Media-ya bu barədə məlumat verən valideynlərin sözlərinə görə 9, 10 və 11-ci siniflərdən başqa digər siniflər ləğv olunur. İddialara görə məktəb liseyə çevrildiyi üçün belə bir addım atılır.

Etiraz edən valideynlərdən biri qeyd edib ki, iki övladı 5 və 8-ci sinifdə oxuyur:

“Dünən eşitdik ki, məktəbi bağlayırlar, liseyə çevirirlər. Biz valleynlər narazıyıq, bağlanmasına etiraz edirik. Yalnız 9, 10 və 11-ci sinifləri saxlayırlar. İndi qışın bu günündə uşaqlarımızı hara aparaq?”

Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Bixim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri, Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin bağlanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir. Adıçəkilən təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır. 9-cu sinfə qədər birinci korpusda, 10-11-ci siniflər isə ikinci korpusda təhsil alacaqlar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO