
- A-
- A
- A+
Cəmiyyət
17:13 / 27.01.2025
1 dəq oxunma
“Medilife” klinikasında ölüm - Bağırsaq yuyulması üçün getmişdi... – FOTO
Hazırda oxunan: “Medilife” klinikasında ölüm - Bağırsaq yuyulması üçün getmişdi... – FOTO
231978
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakıda klinikalardan birində ölüm hadisəsi baş verib.
Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Akif oğlu yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə C.Süleymanov yanvarın 21-də ilk olaraq Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına hidrokolonoterapiya (bağırsaq yuyulması) üçün müraciət edib. Müraciətinin səbəbi mədə-bağırsağında olan problemlə bağlı olub.
Mərhum Ceyhun Süleymanov
“Stimul” klinikasında narkoz həkimi olmadığı üçün onu “Medilife” klinikasına yönləndiriblər. “Medilife” klinikasında həkim Ləman Xasıyeva tərəfindən bağırsağı yuyulan C.Süleymanov bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı ailəsinə dəqiq məlumat verilmir. İlkin məlumat olaraq bildirilib ki, mərhumun təzyiqi qalxıb. Mərhum ailəli olub, 2 övladı var idi.
Həkim Ləman Xasıyeva

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.
Məsələ ilə bağlı klinika ilə əlaqə saxladıq. Klinikadan Musavat.com-a bildirildi ki, hazırda suallarımıza cavab verəcək məsul şəxs yoxdur.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




































































































