22 yaşında qətl törətmişdi: 17 il həbs cəzası aldı

22 yaşında qətl törətmişdi: 17 il həbs cəzası aldı

Hazırda oxunan: 22 yaşında qətl törətmişdi: 17 il həbs cəzası aldı
225835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birlikdə yeyib-içdikdən sonra tanışını öldürən Sərxan Əliyevin məhkəmə araşdırması başa çatıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, 22 yaşlı Sərxanla 40 yaşlı dostu Zaur Seyfullayev hadisə günü Abşeron rayonunun Məmmədli qəsəbəsində yerləşən evdə birlikdə spirtli içki qəbul ediblər. Bu ərəfədə onlar arasında sözlü mübahisə yaranıb.

İttihama görə, Sərxan sonuncunu baş nahiyəsindən yumruqlayaraq öldürüb. Təqsirləndirilən şəxs cinayətin üstünü örtmək üçün meyiti basdırıb. Amma onun əməlinin üstü qısa müddətə açılıb.
 

Meyitin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalist və ekspertin iştirakı ilə çıxarılıb.


Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, S.Əliyev köməksiz vəziyyətdə şəxsi öldürməkdə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO