Bakının Yasamal rayonunda yaşayış binalarının liftlərində uşaqlara qarşı qeyri-etik hərəkətlər edən manyak saxlanılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, əsasən azyaşlı qız uşaqlarına qarşı liftlərdə seksual hərəkətlər edən şəxs barədə valideynlər polisə müraciət ediblər.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən Rəfail Məmmədov saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq R.Məmmədov həbs edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir. Şübhəli şəxsin əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri xahiş olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 06.12.2024
Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü, həbs edildi – FOTO
Hazırda oxunan: Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü, həbs edildi – FOTO
Hazırda oxunan: Liftlərdə uşaqlara zorakılıq edən manyak kameraya düşdü, həbs edildi – FOTO
224049
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.