
- A-
- A
- A+
Cəmiyyət
13:53 / 26.11.2024
1 dəq oxunma
Masallıdakı qətlin TƏFƏRRÜATI: Kirayə qaldıqları evdə spirtli içki qəbul edib... - FOTO
Hazırda oxunan: Masallıdakı qətlin TƏFƏRRÜATI: Kirayə qaldıqları evdə spirtli içki qəbul edib... - FOTO
222453
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Masallı rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbə verir ki, hadisə zamanı Sabirabad rayon sakini, 24 yaşlı İsrafil Cavadov Samux rayon sakini, 40 yaşlı Sirus Mehdiyevi qətlə yetirib.
Hər iki şəxs Masallıya istixana qurmaq məqsədilə gəlib. Onlar kirayə qaldıqları evdə spirtli içki qəbul edərkən mübahisə yaranıb. Mübahisə zamanı İsrafil Cavadov Sirus Mehdiyevə iki bıçaq zərbəsi endirib. Zərbələrdən biri ölümcül olub və Sirus Mehdiyev çox qan itirmədən həyatını itirib. Mərhumun meyiti aidiyyəti qurumlara təhvil verilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































