Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır

Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır

Hazırda oxunan: Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır
210202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya şöhrətli azərbaycanlı professor Məsud Aşina miqren xəstəliyinin dərmanını tapıb. O, bu nəticəni bir qrup alimlə birlikdə əldə edib. 

Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, bu barədə Avropa mediasında yayılan məlumatda bildirilir ki, hipofiz adenilat siklazı aktivləşdirən polipeptidin (PACAP) hədəflənməsi miqrenin müalicəsi üçün yeni bir yoldur. 
 

Məsud Aşina 29 dekabr 1965-ci ildə Bakıda doğulub. Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur.  


Məsud Aşina dünyanın ən yaxşı on miqren mütəxəssisindən biri hesab olunur.  

Onun vətənpərvər keyfiyyətləri də xüsusi qeyd olunmalıdır. Otuz ildən çoxdur Vətəndən uzaqda yaşamasına baxmayaraq, onunla əlaqəni heç zaman kəsməyib. Azərbaycanın ən kritik anlarında dövlətinin yanında olub. "YAŞAT” Fondunun işində yaxından iştirak edir. Məsud Aşina "YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvüdür. 

Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır - foto 1
Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO