Lənkəranda ağır QƏZA: Xəsarət alanlar var – FOTO  

Lənkəranda ağır QƏZA: Xəsarət alanlar var – FOTO  

Hazırda oxunan: Lənkəranda ağır QƏZA: Xəsarət alanlar var – FOTO  
198326
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda Rusiya vətəndaşı qəza törədib. 

Bizim.Media xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Rusiya vətəndaşı olan 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı məhəccərlərə çırpılıb. 
Qəza nəticəsində avtomobildə olan sərnişinlər 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Müalicələri xəstəxanada davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Lənkəranda ağır QƏZA: Xəsarət alanlar var – FOTO   - foto 1
Lənkəranda ağır QƏZA: Xəsarət alanlar var – FOTO   - foto 2
Lənkəranda ağır QƏZA: Xəsarət alanlar var – FOTO   - foto 3

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO