Lənkəran qəzası ilə bağlı Xəstəxanadan AÇIQLAMA

Lənkəran qəzası ilə bağlı Xəstəxanadan AÇIQLAMA

Hazırda oxunan: Lənkəran qəzası ilə bağlı Xəstəxanadan AÇIQLAMA
196460
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

09.06.2024-cü il tarixində saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə baglı Lənkəran rayon Mərkəzi Xəstəxanası açiqlama verib. 

Bizim.Media xəbər verir ki, hadisə  nəticəsində  5 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli), 1 nəfər (uşaq) "qapalı kəllə-beyin travması, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, üz nayihəsinin sıyrıntısı, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma" diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəran qəzasının DETALLARI açıqlandı - FOTO


Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Azyaşlı və 1 nəfər (qadın cinsli) vəziyyətə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO