Ağcabədidə 14 yaşlı qız anasından xəbərsiz bibisi oğluna ƏRƏ VERİLDİ - Həbs edilən var

Ağcabədidə 14 yaşlı qız anasından xəbərsiz bibisi oğluna ƏRƏ VERİLDİ - Həbs edilən var

Hazırda oxunan: Ağcabədidə 14 yaşlı qız anasından xəbərsiz bibisi oğluna ƏRƏ VERİLDİ - Həbs edilən var
193617
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağcabədi rayonunda 14 yaşlı qızla evlənən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Hindarx qəsəbə sakini, 25 yaşlı Tufan Qubadov (ad və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.

Bildirilib ki, Tufan 6 ay əvvəl Ağcabədidəki “Yunus” şadlıq evində toy edərək dayısı qızı olan 14 yaşlı Səbinə ilə evlənib. Həmin vaxt qızın anası ölkədə olmadığından toydan xəbərsiz olub. O, övladının Tufanla evləndirilməsini öyrəndikdən sonra DİN-ə müraciət edib və araşdırma aparılıb. Araşdırmalarla yetkinlik yaşına çatmayan qızın öz razılığı ilə evləndirilməsi müəyyən edilib və T.Qubadov barəsində cinayət işi açılıb. Həmçinin qızın atası və nənəsinin iştirakı ilə evləndirilməsi bəlli olub.

Ağcabədi Rayon Məhkəməsinin 16 may tarixli hökmü ilə dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə 1 il 2 ay həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO