Rusiya raket əleyhinə yeni müdafiə sistemini sınaqdan keçirdi – VİDEO

Rusiya raket əleyhinə yeni müdafiə sistemini sınaqdan keçirdi – VİDEO

Hazırda oxunan: Rusiya raket əleyhinə yeni müdafiə sistemini sınaqdan keçirdi – VİDEO

19136

Rusiya Müdafiə Nazirliyi Rusiyanın raket əleyhinə yeni müdafiə sisteminin sınaqdan keçirildiyi kadrları nümayiş etdirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Sınaqlar Qazaxıstanın Sarı-Şağan poliqonunda baş tutub. 

Aerokosmik Qüvvələrin raket əleyhinə müdafiə komandanı general-mayor Sergey Qrabçukun dediyinə görə, yeni sistem özünəməxsus xüsusiyyətlərini təsdiqləyib və dəqiqliklə şərti hədəfi vurub.

Agentlik son dəfə bu raketin sınaqdan keçiriləcəyini ötən ilin noyabrında bildirmişdi.

Atışlardan sonra Müdafiə Nazirliyi yanında ictimai şuranın üzvü İqor Korotçenko “RİA Novosti”yə bildirib ki, raket əleyhinə yeni sistemin qəbulu Moskvanın və Mərkəzi Sənaye Bölgəsinin raketdən müdafiə sisteminin imkanlarını artıracaq. 

Onun sözlərinə görə, söhbət A-135 sisteminin bu gün fəaliyyət göstərməsini təmin edən və köhnə mina əleyhinə raketləri əvəz etməyi nəzərdə tutan 53T6M-dən gedir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO