31 il sonra qalıqları tapılan şəhid Xaçmazda dəfn olundu – FOTO/VİDEO 

31 il sonra qalıqları tapılan şəhid Xaçmazda dəfn olundu – FOTO/VİDEO 

Hazırda oxunan: 31 il sonra qalıqları tapılan şəhid Xaçmazda dəfn olundu – FOTO/VİDEO 

190921

Mayın 4-də şəxsiyyəti təsdiqlənən itkin I Qarabağ Müharibəsi şəhidi Elşad Şirin oğlu Qayımovun cənazəsi bu gün doğulduğu Xaçmaz rayonunun Hacıqurbanoba kəndinə gətirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakinləri, keçmiş döyüşçü və qazilər, ictimaiyyət nümayəndələri, rayon rəsmiləri şəhid Elşad Qayımovla vida mərasimində iştirak ediblər.

Daha sonra Elşad Qayımovun cənazəsi Hacıqurbanoba kənd qəbiristanlığına aparılıb.

Şəhid valideynlərinin məzarı yanında torpağa tapşırılıb. Onun tabutuna bükülmüş Azərbaycan bayrağı Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən şəhidin qardaşına təqdim edilib. 



















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO