Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA 

Hazırda oxunan: Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA 

188705

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Məlumata görə, düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qəbələdə 9 mm, Qax, Qrız, Ağsu, Şamaxı, Qobustan, Şahbuz, Bakıda və Abşeron yarımadasında 3 mm-dək olub. 

Aprelin 23-də şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 27, Aran rayonlarında 31, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti olub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO