Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA 

Hazırda oxunan: Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA 

188504

Aprelin 23-ü saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, Şahdağa sulu qar yağıb. 

Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızda 6 mm, Qax, Göygöl, Ağsu, Daşkəsən, Gədəbəy, Şəmkir, Ceyrançöl, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Astara, Mingəçevirdə 5 mm-dək olub. 
Aprelin 22-də şimal-qərb küləyi arabir Balakən, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO