Kürdəmirdə zəncirvari qəza olub, bir nəfər ölüb, iki yaralı var - FOTO/VİDEO

Kürdəmirdə zəncirvari qəza olub, bir nəfər ölüb, iki yaralı var - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə zəncirvari qəza olub, bir nəfər ölüb, iki yaralı var - FOTO/VİDEO

187016

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İki “Mersedes” markalı avtomaşınla Ford markalı yük maşını toqquşub.

Nəticədə bir “Mersedes”in sürücüsü İmişli rayon Telişli kənd sakini 70 yaşlı Mövsümov Əliəşrəf Rüstəm oğlu elə hadisə yerindəcə dünyasını dəyişib və onun sərnişini İmişli sakini 1966-cı il təvəllüdlü Manafova Arifə İsa qızı ağır bədən xəsarətləri alıb.

Digər “Mersedes”də olan sərnişin Ağcabədi rayon sakini 66 yaşlı Tağıyeva Anya Qaraxan qızı da ağır bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda fakt araşdırılır.










Bizim Media, Aran bürosu
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO