Fəvvarələr Meydanında qanunsuz tikintinin qarşısı alınıb - FOTO/VİDEO

Fəvvarələr Meydanında qanunsuz tikintinin qarşısı alınıb - FOTO/VİDEO

Hazırda oxunan: Fəvvarələr Meydanında qanunsuz tikintinin qarşısı alınıb - FOTO/VİDEO

184951

Bakının Fəvvarələr Meydanında qanunsuz tikintinin qarşısı alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən məlumat verilib.

Bildirilib ki, 29 mart 2024-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi və Əhməd Cavad küçəsinin kəsişdiyi (Fəvvarələr Meydanı) ünvanda qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı daxil olan müraciətə əsasən, şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı sözügedən ərazidə özbaşına tikinti faktı təsdiqlənib.  
Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından 29 mart 2024-cü il tarixində axşam saatlarında özbaşına tikintinin Baş İdarə və aidiyyəti qurumlarla birlikdə qarşısı alınaraq müvafiq qaydada söküntüsü təmin edilib.
 







Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO