Goranboyda DƏHŞƏT – Sifarişlə ferma yandırdılar, 230 baş heyvan tələf oldu... – FOTO 

Goranboyda DƏHŞƏT – Sifarişlə ferma yandırdılar, 230 baş heyvan tələf oldu... – FOTO 

Hazırda oxunan: Goranboyda DƏHŞƏT – Sifarişlə ferma yandırdılar, 230 baş heyvan tələf oldu... – FOTO 

183565

Goranboyda yerləşən fermalardan birini qəsdən yandıran şəxslər saxlanılıblar

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. 

Hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.

Araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanğın hadisəsinin Gəncə şəhər sakini Məmmədpur Bəhruzun sifarişi əsasında həmyerliləri Allahverdiyev Cavid və Vəliyev Erik tərəfindən qəsdən törədildiyi məlum olub. B.Məmmədpur, C.Allahverdiyev və E.Vəliyev saxlanılaraq istintaqa təhvil veriliblər.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO