Bakıda qamışlıq sahədəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda qamışlıq sahədəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Bakıda qamışlıq sahədəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

177284

Səbail rayonunun Gülbala Əliyev küçəsində qamışlıq sahədə baş verən yanğın söndürülüb.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, qamışlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənərək bitişik evlərə və neft buruqlarına keçməsinə imkan verilmədən yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində söndürülüb.

Hadisə nəticəsində, ilkin hesablamaya əsasən, təqribən 700 kvadratmetr sahədə qamışlıq yanıb. 

Ərazidə yerləşən fərdi yaşayış evləri, neft buruqları və kommunikasiya xətləri yanğından mühafizə olunub.

*** 18:32

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi yaxınlığında qamışlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO