Bu ərazilərə 20 sm qar yağıb – VİDEO  

Bu ərazilərə 20 sm qar yağıb – VİDEO  

Hazırda oxunan: Bu ərazilərə 20 sm qar yağıb – VİDEO  

174868

Şimal-Qərb bölgəsinə bütün gecə qar yağıb. Artıq üçüncü gündür ki, Şəki-Zaqatala rayonlarında qeyri-sabit, şaxtalı hava davam edir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gündən başlayan yağıntı bütün gecə də davam edib. 

Səhər saatlarında isə yağıntı qismən kəsilib. Bölgənin dağlıq və dağətəyi yaşayış məntəqələrində qarın hündürlüyü 17-20 sm-ə, aran ərazilərdə isə 8-12 sm-ə çatır. Bu gecə havanın temperaturu da əvvəlki günlərə nisbətən xeyli aşağı enib. 

Belə ki, ucqarlarda temperatur mənfi 5-7, aran kəndlərdə isə mənfi 3 dərəcə arasında dəyişib. Bölgə rayonlarında elektrik və mavi yanacağın verilməsində heç bir fasilə, kəsinti müşahidə olunmur. Səhər saatlarında yalnız bir neçə ucqar yaşayış məntəqələrinə gedən yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. 
Mütəxəssislər bildirir ki, qarın yağması ilk növbədə xəstəliklərin, virusların aradan qalxmasına, taxıl zəmilərində gəmiricilərin məhv olmasına səbəb olacaq. 
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO