Bakıda FHN-in texnikası qəzaya uğradı - FOTO

Bakıda FHN-in texnikası qəzaya uğradı - FOTO

Hazırda oxunan: Bakıda FHN-in texnikası qəzaya uğradı - FOTO

174096

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, KIA markalı minik avtomobili əks istiqamətində hərəkətdə olan zaman sürücü qəfildən sükana nəzarəti itirib.

Nəticədə maşın qarşı yola keçərək FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan 2 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis və iki təcili yardım briqadası cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.
Hadisənin təfərrüatını Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO