13 yaşlı yeniyetməni “tok” necə VURUB? – Hadisə yerindən FOTOLAR

13 yaşlı yeniyetməni “tok” necə VURUB? – Hadisə yerindən FOTOLAR

Hazırda oxunan: 13 yaşlı yeniyetməni “tok” necə VURUB? – Hadisə yerindən FOTOLAR

163180

Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Əliyevin müalicəsi davam etdirilir. İki həftədən çoxdur “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alan yeniyetmə iki dəfə əməliyyat olub. Qarşıda Aslan Əliyevi daha iki ağır əməliyyat gözləyir. 

Qeyd edək ki, Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər. Yeniyetmənin ailəsi sözügedən hadisədə birbaşa təqsirkar kimi “Azərişıq” ASC-ni günahlandırır və qurumun hələ də məsuliyyətdən boyun qaçırdığını iddia edir. 

Bizim.Media hadisə yerində olub və yeniyetmənin xəsarət aldığı ərazidən kadrları lentə alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

13 yaşlı gənci “tok” VURDU – Məsuliyyəti hansı qurum DAŞIYIR? – Ailəsindən AÇIQLAMA/FOTO 


Görüntülərdən də belə məlum olur ki, “Azərişıq” ASC-yə məxsus yüksək gərginli transformator hasara və yaşayış evlərinə bitişikdir.

Nə hasarla transformator arasında məsafə gözlənilib, nə də yüksək gərginliklə keçən naqillər hündürlükdən keçir. Bu da hamı üçün olduqca təhlükəlidir. 

Halbuki “Azərişıq” ASC elektrik naqilinin hasardan xeyli hündürlükdə olduğunu və yeniyetmənin ona əlindəki dəmirlə toxunduğunu iddia etmişdi. 

Təbii ki, bu məsələdə torpaqların satılmasında bilavasitə rol oynayan Sumqayıt şəhər İcra Hakimiyyəti, qəsəbə bələdiyyəsi və ərazi nümayəndəliyi də məsuliyyət daşıyır. 

Adlarını çəkdiyimiz qurumlardan cavab ala bilməsək də, fotofaktla bağlı hər birinin mövqeyini dərc etməyə hazırıq. 

Qeyd edək ki, Sumqayıt şəhər prokurorluğunda məsələ ilə bağlı aparılan araşdırma davam edir və hələki yekun qərar yoxdur. 

Xatırladaq ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub. 








Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO