Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə bağlı YENİ XƏBƏR

Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə bağlı YENİ XƏBƏR

160443

Füzuli rayonuna media-tur çərçivəsində media nümayəndələri Ağdam-Füzuli avtomobil yolunda olublar.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AAYDA-nın avtomobil yollarının istismarı və təmiri baş idarəsinin böyük mütəxəssisi Fərid Qədirov deyib.

Onun sözlərinə görə, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Bərdə-Ağdam avtomobil yolunun davamıdır.

Bildirib ki, bu yol Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir:

"Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda yolda torpaq işlərinin icrası çərçivəsində yararsız süxurun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri davam etdirilir.

Həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır.
Yol üzərində 5 ədəd körpü və 2 ədəd yolötrücü layihələndirilib. Artıq 2 ədəd körpünün və 1 ədəd yolötrücünün tikintisi başa çatıb. Digərlərinin tikintisi davam etdirilir. Artıq yol əsasının inşası bitən hissələrdə asfalt-beton örtüyün döşənməsi işləri də görülür”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO