Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən qəza baş verib - FOTO 

Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən qəza baş verib - FOTO 

Hazırda oxunan: Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən qəza baş verib - FOTO 

160335

Bakının Binəqədi rayonu ərazisində avtomobil betona çırpılıb. 

Bizim.Media xəbər verir ki, qəza şosenin Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb. 

“VAZ-2107” markalı maşını idarə edən Səddrəddinbəyov Ülvi Məhəmməd oğlu sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı beton səddə çırpılıb. Sürücü aldığı xəsarətlərdən ölüb. 
Qəza ilə əlaqədar Bakı-Sumqayıt şosesinin Ekologiya postu istiqamətində tıxac yaranıb. 

Yol Patrul Xidmətinin əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyib. Sürücünün meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi Rayon şöbəsinə yerləşdirilib. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO