Zaqatalada QƏZA: Üç yaralı var - FOTO 

Zaqatalada QƏZA: Üç yaralı var - FOTO 

Hazırda oxunan: Zaqatalada QƏZA: Üç yaralı var - FOTO 

159267

Axşam radələrində Zaqatalanın Aşağı Tala kəndi ərazisindən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonda taksi fəaliyyəti ilə məşğul olan “VAZ 21011” markalı 55 BN 267 dövlət nömrə nişanlı avtomobillə “Mercedes” markalı 99 GL 668 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.  

Qəza nəticəsində Zaqatala şəhər sakinləri 30 yaşlı Orxan Paşayev, onun 33 yaşlı qardaşı Elçin Paşayev və Aşağı Tala kənd sakini 28 yaşlı Əzim Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  

Hadisə yerinə Təcili Tibbi Yardım cəlb edilərək yaralılara ilkin tibbi yardım göstərilib. Daha sonra hər üç şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda hər üç yaralının müalicəsi davam etdirilir.  
DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, hazırda faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanılıb, qəzanın təfərrüatları araşdırılır.  






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO