Zaqatalada iki avtomobil TOQQUŞDU: Xəsarət alanlar var 

Zaqatalada iki avtomobil TOQQUŞDU: Xəsarət alanlar var 

Hazırda oxunan: Zaqatalada iki avtomobil TOQQUŞDU: Xəsarət alanlar var 

155968

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun “Naib bulaq” adlanan ərazisindən keçən hissəsində iki avtomobil toqquşub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza zamanı dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bunlar rayonun Çobankol kənd sakinləri 56 yaşlı Rəsul Səmədov, 36 yaşlı Emil Əhmədov, 58 yaşlı Kifayət Əhmədova və rayonun Aşağı Tala kənd sakini 48 yaşlı Sevinc Məmmədovadır. Hadisə yerinə dərhal Təcili Tibbi Yardım çağırılıb. Yaralılara yerindəcə tibbi yardım göstərilib. 
Daha sonra onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin müayinə və müalicədən sonra Rəsul Səmədov və Sevinc Məmmədovanın xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Digər iki yaralının Emil Əhmədov və Kifayət Əhmədovanın müalicəsi isə xəstəxanada davam etdirilir. 

Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO